14 may 2026 - 19:26
Source: IRNA
İraqlı analtik: Vəhhabi hökmdarlarının gözləri önündə 75 min fələstinli qətlə yetirildi və Qəzza məhv edildi

İraqlı analtik: Vəhhabi hökmdarlarının gözləri önündə 75 min fələstinli qətlə yetirildi və Qəzza məhv edildi

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqlı analitik Raci Nəsirin ərəb ölkələrinə hakim kəsilmiş vəhhabi hökmdarlarının Amerikaya bağlılığını və kor-koranə itaətini sərt tənqid edib.

O, bu barədə deyib: “Ərəb dünyasının Qəzza zolağına qarşı qurulan sui-qəsddə tutduğu mövqe ən ağrılı və ən utancverici mövqedir; belə ki, 75 mindən çox fələstinli ərəb mediasının gözləri qarşısında qətlə yetirildi.”

Raci Nəsirin sözlərinə görə, ərəb dünyası illərdir xarici qüvvələrə tabeçilik səbəbindən parçalanma və ayrılıq yaşayır. Ərəblərin rəsmi mövqeləri daim məzhəbçi motivlərin və ABŞ-na açıq şəkildə tabe olub.

Sizin rəyiniz

You are replying to: .
captcha