14 may 2026 - 18:51
Mexiko “Beynəlxalq anti-imperialist və anti-faşist toplantısı”nın yekun bəyanatı İran imperializmlə qlobal müqavimətin mərkəzidir

Bu qətnamə İranı sadəcə regional ölkə kimi deyil, Amerika mərkəzli nizama qarşı qlobal müqavimətin əsas simvollarından biri kimi təqdim edir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: 2026-cı il mayın 5-dən 7-dək Mexiko şəhərində keçirilən “Beynəlxalq anti-imperialist və anti-faşist toplantısı”nın yekun bəyanatında İran ABŞ imperializminə qarşı qlobal müqavimətin əsas mərkəzlərindən biri kimi təqdim olunub.

Bu 11 səhifəlik bəyanatda İrana qarşı hücumlar Kuba mühasirəsi, Qəzza müharibəsi və Latın Amerikasına müdaxilələrlə yanaşı, ABŞ-nin təcavüzkar və hegemon siyasətlərinin nümunəsi kimi göstərilib.

İştirakçılar vurğulayıblar ki, dünya tarixi keçid mərhələsinə daxil olub və İran, Fələstin, Kuba və Venesuela kimi xalqlar bu qarşıdurmanın ön xəttində yer alırlar.

Bu qətnamə İranı sadəcə regional ölkə kimi deyil, Amerika mərkəzli nizama qarşı qlobal müqavimətin əsas simvollarından biri kimi təqdim edir.

Toplantı təşkilatçılarının baxışına görə, İranın sanksiyalar, təzyiqlər və müharibə qarşısındakı təcrübəsi dünyanın yeni çoxqütblü nizamının formalaşması prosesinin bir hissəsidir. Onların inancına görə, bu nizam ABŞ-ın mütləq hegemonluğu dövrünün sonunu müəyyən edəcək.

Sizin rəyiniz

You are replying to: .
captcha