Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri regionda baş verən ən mühüm proseslər və danışıqlar ətrafında fikir mübadiləsi aparıblar.
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan son 24 saat ərzində ikinci dəfə telefon danışığı apararaq Pakistanın vasitəçiliyi ilə İİR və ABŞ arasında davam edən diplomatik proseslərlə bağlı son hadisələri müzakirə ediblər.
İRNA-nın məlumatına görə, xarici işlər naziri ötən gün də Səudiyyə Ərəbistanının xarici işlər naziri, həmçinin Qətər və Niderlanddan olan həmkarları ilə regiondakı ən mühüm məsələlər barədə telefon danışığı aparıb.
Sizin rəyiniz