Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Hizbullah Şiə Müqavimət Hərakatının düşmən sionist qüvvələrinin mövqelərinə qarşı cavab hücumları yəhudilərin yeni bir kabusuna çevrilib.
Belə ki, Hizbullahın, cavab hücumlarında istifadə etdiyi PUA-ları İsrailin şimal qəsəbələrinin və sionist rejim hərbçilərinin təhlükəsizliyi üçün ciddi təhdidə çevrilib.
Sionist rejim ordusu ötən gün verdiyi açıqlamada bildirib ki, Hizbullahın Livanın cənubunda həyata keçirdiyi hücumlar və Livan sərhədi yaxınlığında İsrailin işğal etdiyi ərazilərə PUA ilə hücumu nəticəsində ehtiyatda olan bir hərbçi ağır yaralanıb. Bundan əlavə, bir zabit və daha bir ehtiyatda olan hərbçi orta dərəcəli xəsarət alıb.
Sizin rəyiniz