Son günlər Bəhreynə hakim kəsilmiş yəhudi əsilli vəhhabi Xəlifə sülalə rejiminin təhlükəsizlik qüvvələri müxtəlif bölgələrə basqın edərək bir sıra tanınmış şiə alimlərini məhkəmə qərarı təqdim etmədən və irəli sürülən ittihamlarla bağlı hər hansı açıqlama vermədən həbs edib, onları naməlum məkanlara aparıblar.
Xəlifə sülalə rejimin Daxili İşlər Nazirliyi şənbə açıqlayıb ki, ABŞ və İsrailin hücumları ilə eyni vaxtda İranla əməkdaşlıq və həmrəylik ittihamı ilə 41 nəfər saxlanılıb.
əl-Vəfaq saytının məlumatına əsasən, Xəlifə sülalə rejim qüvvələri bu gün şiələrin yaşadığı bir sıra bölgələrə reydlər təşkil edərək din alimləri və dini hövzələrin müəllimlərini həbs ediblər.
Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına ev sahibliyi edən Bəhreyn, ABŞ və sionist rejimin İrana qarşı tətbiq etdiyi müharibədən sonra, İranı dəstəkləmək bəhanəsi ilə ölkə şiələrinə qarşı təzyiqləri artırmağa başlayıb.
Bəhreynli fəallar bildirirlər ki, təhlükəsizlik qüvvələri bir neçə bölgədə şiə alimlərinin evlərinə daxil olaraq onları konkret məhkəmə qərarı olmadan həbs edib, həmçinin bəzi şəxsi əmlakları da müsadirə ediblər.
Sizin rəyiniz