Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi “X” sosial şəbəkəsində paylaşdığı mesajda yazıb: Çinin xarici işlər naziri cənab Vanq Yi ilə Pekində konstruktiv görüş keçirdim.
Tərəflər İranın suverenliyini və milli ləyaqətini həyata keçirmək hüququnu bir daha təkid ediblər.
İran tərəfi regionda sülh və sabitliyin qorunması və gücləndirilməsi ilə bağlı Çinin dördbəndlik təklifinə görə təşəkkürünü bildirib.
İran Çinə etibar edir və ümid edir ki, bu ölkə sülhün təşviqi və münaqişələrin sona çatdırılması istiqamətində fəal rolunu davam etdirəcək. Həmçinin regionda müharibədən sonrakı dövr üçün inkişaf və təhlükəsizlik arasında balans yarada biləcək yeni çərçivənin formalaşmasını dəstəkləyəcək.
Sizin rəyiniz