Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya Federasiyasının Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov İran və ABŞ arasında İslamabadda keçirilməsi planlaşdırılan danışıqların ikinci mərhələsinin baş tutmamasına münasibət bildirərək deyib: Danışıqların gedişi lazımi səviyyədə koordinasiya və təşkil olunmayıb.
Ulyanov ABŞ prezidenti Donald Trampın sosial mediada səsləndirdiyi ziddiyyətli bəyanatlara toxunaraq bildirib: Vaşinqton tərəfindən çoxsaylı tələsik və bir-birinə zidd açıqlamalar verilir.
Sizin rəyiniz