Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında planlaşdırılan danışıqların son vəziyyətinə toxunaraq bildirib ki, iştirakla bağlı hələlik qəti qərar qəbul olunmayıb.
Cənab İsmayıl Bəqayi qeyd edib ki, yaranmış vəziyyət İranın qərarsızlığı və ya ləngiməsi deyil, ABŞ tərəfinin ziddiyyətli mesajları, davranışları və qəbulolunmaz hərəkətləri ilə bağlıdır.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın öhdəliklərə sadiq qalmamaq tarixinə toxunaraq deyib: “Unutmamalıyıq ki, 2018-ci ildə ABŞ beynəlxalq nüvə sazişindən birtərəfli qaydada çıxdı, lakin İran bir il ərzində öz öhdəliklərinə tam şəkildə əməl etdi”.
XİN rəsmisi ABŞ-nin bu yaxınlarda İranın ticarət gəmisinə qarşı törətdiyi təxribata da diqqət çəkib. O, bu hadisəni dəniz quldurluğu və “dövlət banditizminin” bariz nümunəsi adlandıraraq xəbərdarlıq edib: “Əgər bu tendensiya davam edərsə, dünyada gəmiçilik azadlığı ciddi təhlükə altına düşəcək”.
Bəqayinin sözlərinə görə, bu cür hərəkətlər Vaşinqtonun real diplomatik prosesi irəli aparmaq niyyətini və ciddiliyini böyük sual altına qoyur.
Bununla belə, Bəqayi İranın atəşkəsi qəbul etmək və ABŞ ilə danışıqlara daxil olmaq qərarını “çox cəsarətli” addım kimi xarakterizə edib.
Sizin rəyiniz