21 aprel 2026 - 11:32
Source: IRNA
ABŞ və İsrailin İİR-a qarşı zorla tətbiq etdikləri müharibədə 3375 günahsız İranlı şəhid olub

ABŞ və İsrailin İİR-a qarşı zorla tətbiq etdikləri müharibədə 3375 günahsız İranlı şəhid olub

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Məhkəmə-Tibbi Ekspertiza Təşkilatının rəhbəri Abbas Məscidi müharibə dövründə qurumun fəaliyyətini izah edərək bildirib: “Müharibə başlanan gündən 2026-cı ilin 10 aprelinin son saatlarınadək ümumilikdə 3 min 375 İranlı şəhid olub; onlardan 2 min 875-i kişi, 496-sı qadındır. Hazırda isə 4 cəsədin kimliyi ağır zədələr səbəbilə hələ müəyyən edilməyib.”

Məhkəmə-Tibbi Ekspertiza Təşkilatının rəhbəri, Minab şəhərində yerləşən “Şəcəreye-Təyyibə” məktəbinin bombalanmasını faciəli hadisə adlandıraraq bildirib: “Bu hadisədə ABŞ və sionist rejim tərəfindən 160-dan çox məsum uşaq şəhid edilib.”

Qurum rəhbəri vurğulayıb: “ABŞ və sionist rejimin istifadə etdiyi bomba və raketlərin xarakterinə görə şəhidlərin təxminən 40 faizinin cəsədləri ilkin mərhələdə tanınmaz olub, lakin ölkə üzrə, xüsusilə Tehran, İsfahan və Hörmüzqan vilayətlərində aparılan işlər nəticəsində onların kimliyi müəyyən edilərək ailələrinə təhvil verilib.”

Sizin rəyiniz

You are replying to: .
captcha