22 aprel 2026 - 10:19
Source: IRNA
İspaniya, Sloveniya və İrlandiya Aİ–İsrail tərəfdaşlığının dayandırılmasını tələb edir

İspaniya, Sloveniya və İrlandiya Aİ–İsrail tərəfdaşlığının dayandırılmasını tələb edir

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, bu ölkə Sloveniya və İrlandiya ilə birlikdə Avropa İttifaqının İsrail rejimi ilə əməkdaşlıq sazişinin dayandırılması məsələsinin müzakirəyə çıxarılmasını tələb edib və bunu Aİ-nin “etibarı” ilə əlaqələndirib.

Çərşənbə axşamı The Guardian saytında yayılan məlumata görə, Albares qeyd edib ki, İspaniya, Sloveniya və İrlandiya bu gün Aİ xarici işlər nazirlərinin iclasında İsraillə əməkdaşlıq sazişinin dayandırılması məsələsinin müzakirəsini tələb ediblər.

O bildirib ki, bu məsələ Aİ-nin digər bütün sahələrdə “etibarı” ilə bağlıdır, çünki ittifaqın hər yerdə “eyni prinsipləri” müdafiə etməsi gözlənilir.

Albares vurğulayıb: Əgər Avropa İttifaqı bu gün İsrailə deyə bilməsə ki, - ondan (İsraildən) insan hüquqlarına və beynəlxalq hüquqa hörmət etməsi və müharibəni xarici siyasət alətinə çevirməməsi gözlənilir - “biz bu etibarı itirəcəyik”.

Sizin rəyiniz

You are replying to: .
captcha