22 aprel 2026 - 10:05
Source: IRNA
Trampın xoşuna gəlməyən daha bir nazir işindən kənarlaşdırıldı. ABŞ-ın Əmək naziri işsiz qaldı

Çavez-Deremer bəyanatında bildirib: "Hökumətdəki xidmətimin başa çatması o demək deyil ki, mən amerikalı işçilər üçün mübarizədən əl çəkirəm."

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: "Reuters" xəbər agentliyi yazır ki, Lori Çavez-Deremer vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı aparılan araşdırmalar fonunda ABŞ-nin Əmək naziri vəzifəsindən istefa verib.

Çavez-Deremer 20 aprel tarixində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarının araşdırıldığı bir vaxtda və nazirliyin baş müfəttişinin onun və baş köməkçiləri ilə bağlı iddiaların təhqiqatını yekunlaşdırmağa yaxınlaşdığı məqamda vəzifəsindən istefa verib.

Ağ Ev elan edib ki, onun müavini Kit Sonderlinq Əmək Nazirliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.

Çavez-Deremer bəyanatında bildirib: "Hökumətdəki xidmətimin başa çatması o demək deyil ki, mən amerikalı işçilər üçün mübarizədən əl çəkirəm."

Qeyd edək ki, Tramp, administrasiyasında kimin həqiqətləri söyləyib çəkdiyi planına etiraz və ya sual edirsə onu dövlət aparatından rahatlıqla kənarlaşdırır.

Sizin rəyiniz

You are replying to: .
captcha