8 aprel 2026 - 13:42
Source: IRNA
Yediot Aharonot: İsrail ordusunun komandirləri Hizbullah barədə aldadıcı təsəvvürün formalaşdırılmasında şərikdirlər

Yediot Aharonot: İsrail ordusunun komandirləri Hizbullah barədə aldadıcı təsəvvürün formalaşdırılmasında şərikdirlər

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qanunsuz İsrail rejimində ivrit dilli qəzeti bildirib ki, baş qərargah rəisi və işğalçı ordunun şimal bölgəsi komandanının açıqlamaları göstərir ki, İsrail ordusu, ən azı, məqsədlər, onun imkanları və Hizbullahın silahsızlaşdırılması ehtimalı ilə bağlı üç sahədə aldadıcı təsəvviürün formalaşdırılmasında dövlətin əsas tərəfdaşıdır.

“Yediot Aharonot” qəzeti işğalçı rejimin hərbi rəsmilərini məsxərəyə qoyaraq yazıb: Müharibə nazirinin özünü tərifləyən və uşaqcasına açıqlamalarından daha çox ciddi ilə qeyri-ciddi arasındakı uçurumu göstərən heç nə yoxdur; bu sözlər məzmun baxımından o qədər boşdur ki, daha çox yayımlanmamış komediya filmini xatırladır.

Sionist media əlavə edib: Cümə günü bir yüksək rütbəli zabit Hizbullahın silahsızlaşdırılması vədini sahədəki reallıqla şərtləndirdiyi andan ki, bu da Livanın tam işğalını tələb edir belə bir təsəvvür yarandı ki, guya ordu həqiqəti ictimaiyyətə deyir, halbuki siyasi səviyyə reallıqdan uzaq, şişirdilmiş ritorikaya sadiq qalır.

Sizin rəyiniz

You are replying to: .
captcha