31 mart 2026 - 19:17
Source: IRNA
İran İslam Respublikası işğalçı sionist rejiminə yeni raket dalğasını başlatdı

Sionist mediası yəhudilərin işğal etdikləri ərazilərə yeni İran raket dalğası atıldığını bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirənin məlumatına görə, sionist rejimin Daxili Cəbhə Komandanlığı çərşənbə axşamı günü verdiyi açıqlamada yəhudilərin işğal etdikləri ərazilərə yeni İran raket dalğası atıldığını açıqlayıb.

Sionist rejimin Daxili Cəbhə Komandanlığı tərəfindən verilən açıqlamada deyilir: Mərkəzi İsrailə (admin: işğal olunmuş Fələstin ərazilərinə) yeni İran raket dalğası atılıb.

İşğalçı sionist rejimin Ordu Radiosu da bu barədə deyib: Mərkəzi İsrailə 2 raket atılıb; ilkin qiymətləndirmələr raketlərin salxımlı sürsatlar daşıyan raketlər olduğunu göstərir.

Qeyd edək ki, sionist rejimin İran silahlı qüvvələri tərəfindən cavab raket atəşi nəticəsində yaranan itkilərin ciddi senzura etdiyinə baxmayaraq, bir neçə saat əvvəl Tehranın atdığı raket dalğasında 9 işğalçı sionistin yaralandığını elan edib.

Sizin rəyiniz

You are replying to: .
captcha