Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf son günlərdə xalqın geniş iştirakı və silahlı qüvvələrin fəaliyyətinə toxunaraq bəyan edib ki, heç bir tərəf İran xalqına ultimatum diktə edə bilməz və “müharibə–atəşkəs–müharibə” dövrü sındırılmalıdır.
O, “X” sosial şəbəkəsində yazıb ki, “qəhrəman İran xalqı” 25 gecə ərzində xiyabanlarda fəal iştirak edərək və silahlı qüvvələrə dəstək verərək ölkə üçün “tarixi qələbə şəraiti” formalaşdırıb.
Qalibaf vurğulayıb: “Heç kim İran və iranlılar üçün ultimatum verə bilməz” və əlavə edib ki, ölkənin qüvvələri “tam qələbə əldə olunana və müharibə–atəşkəs–müharibə kimi uğursuz dövr sındırılana qədər bu fürsəti əldən verməyəcək”.
O, həmçinin silahlı qüvvələrin fədakarlığını yüksək qiymətləndirərək qeyd edib ki, bu səylər xalqın dəstəyi ilə birlikdə elan olunmuş məqsədlərə çatmağı təmin edir.
Sizin rəyiniz