Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının prezidenti sionist müharibə tərəfdarı rejimi qınayan Türkiyə prezidentinin qəti mövqeyinə görə təşəkkür edib.
İran prezidenti Məsud Pezeşkian çərşənbə günü X sosial şəbəkəsindəki hesabında yazıb: Qardaşım, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın sionist müharibə tərəfdarı rejimi qınayan qəti mövqeyi təqdirəlayiqdir.
Pezeşkian əlavə edib: Dost və qardaş ölkə Türkiyənin qeyrətli xalqı uzun illərdir İslam ümmətinin məqsədləri ilə həmrəylik yolunda əzmlə rol oynayıb.
Prezident vurğulayıb: Bu şərəfli yolu Allahın köməyi ilə birlikdə davam etdirəcəyik.
Sizin rəyiniz