Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-nin Çikaqo Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər üzrə professoru Con Merşaymer bildirib ki, İran müharibəni davam etdirmək üçün ciddi üstünlüklərə malikdir və Donald Tramp administrasiyası geri çəkilmə və münaqişədən çıxış yollarını nəzərdən keçirməlidir.
O qeyd edib: Bəzi dairələr İranı zəif rəqib kimi qiymətləndirsə də, iranlılar olduqca ayıq və məlumatlıdırlar və onların əlində mühüm üstünlüklər var.
Vaşinqton və Təl-Əvivin Tehrana qarşı təhdidlərinə toxunan Merşaymer vurğulayıb: İran mövcud qarşıdurmanı ABŞ və İsraillə “mövcudluq xarakterli münaqişə” kimi dəyərləndirir. Onun sözlərinə görə, Tramp administrasiyası gərginliyin artırılması siyasətindən imtina etməli və geri çəkilmə variantlarını nəzərdən keçirməlidir.
Biz İranla müharibədə qalib deyilik. Dünyaya, o cümlədən Çinə verdiyimiz mesaj budur ki, qalib gələ bilməyəcəyimiz bir müharibəyə başlamışıq. Ayrı-ayrı hədəflərin vurulması qələbə demək deyil. Vyetnam müharibəsində də bütün döyüşləri qazandıq, lakin müharibəni uduzduq.
Sizin rəyiniz