23 mart 2026 - 15:21
İranda “səltəmət tələb” və “münafiqlər” qruplaşmalarının daha 68 ünsürü yaxalandı

İİR Sərhəd və Polis Qvvələri ölkənin müxtəlif yerlərində apardıqları əməliyyatlar nəticəsində Rza Pəhləvinin tərəfdarları olan “səltəmət tələb” və Məryəm Rəcəbinin tərəfdarları olan “münafiqlər” qruplaşmalarına aid növbəti 68 casus ünsürü yaxalayaraq həbs ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ötən bir neçə gün ərzində “səltəmət tələb” cəryanına və casus şəbəkələrinə ağır zərbələr endirlib. Belə ki, “səltəmət tələb” cəryanının əməliyyatçılarından 67 nəfəri və münafiqlər qruplaşmasının isə 1 nəfər casusu müəyyənləşdirilərək həbs ediliblər.

Məlumata görə, həbs edilən ünsürlər sionist rejim və ABŞ terrorçu qüvvələrinin İrana havadan endirdiyi zərbələrin yerlərindən video və şəkillər çəkərək düşmənin media orqanlarına göndərirmişlər.

Polis İdarəsindən verilən məlumata əsasən, casus və terrorçu ünsürlər həbs edilərkən onlardan 88 baş silah, bir neç əl qumbarası və elektronik cihaz qurğuları kəşf edilərək zəbt edilibdir.

Sizin rəyiniz

You are replying to: .
captcha