19 mart 2026 - 14:13
Tramp: İsrail Cənubi Parsa bir daha hücum etməyəcək

İranın cəsur adamları ilə  ABŞ-ın bölgədəki bəzi enerji maraqlarına hücum etməsindən böyük dərs alan Tramp, yeni bir mövqe tutdu.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslami Silahl Qüvvələrinin qondarma İsrail rejiminin Cənubi Pars qaz təsisatına qarşı cinayətkar hərbi təcavüzünə sarsıdıcı cavabından sonra Tramp İsrailin Cənubi Parsa bir daha hücum etməyəcəyini açıqladı.

O, həmçinin ABŞ-ın İsrailin Cənubi Parsa hücumunda iştirak etmədiyini iddia etdi!

Qeyd edək ki, İranın ABŞ-a bağlı enerji mənbələrinə hücum etməsindən öncə isə Amerika-İsrail mediası İsrailin İranın Cənubi Pars qaz yataqlarına hücumunun ABŞ ilə əlaqələndirir və ABŞ-ın bu hücum barədə məlumatlandırıldığını etiraf etmişdi.

Cavab olaraq İran Qətərdəki Ras Laffan təsisatına hücum etdi. Eyni zamanda ABŞ-ın Səudiyyə Ərəbistanındakı maraqlarına da hücum etdi.

Xatırladaq ki, İran İslam Respublikası infrastrukturuna edilən hər hansı bir hücuma görə düşmənin infrastrukturuna böyük bir hücumla, neft, neft emalı və qaz qurğularına edilən hər hansı bir hücuma isə düşmənin eyni sahədəki maraqlarına daha böyük bir hücumla cavab verəcəyini vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha