1 mart 2026 - 06:27
İnnə Lilləh Və İnnə İləyhi Raciun \ İmam Xamenei Həzrətləri Uca Şəhadət Məqamına Nail Oldular

Ümüdünya Müsəlmanlarının Ali Lideri İmam Xamenei Həzrətləri dövrümüzün ən şərəfsiz ünsürləri, cinayətkar Amerika və sionist rejiminin hücumu nəticəsində Şəhadət Məqamına nail oldular.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İİR Ali Təhlükəsizlik Şurası elan edərək bildirdi ki, İslam İnqilabının Ali Rəhbəri, həzrəti Ayətullah Uzma Xamenei ABŞ və sionist rejimin cinayətkar hücumu nəticəsində Şəhadət məqamına nail oldular.

Ali Təhlükəsizlik Şurasının bəyanatı belədir:

Bismilləhir Rahmənir Rahim

İslam Ümmətinin, Azadə insanların və Böyük İran Xalqının Rəhbəri Həzrət İmam Xameneinin (Qəddəsəllahu nəfsəhu zəkiyyə) Böyük Ruhu Ali Mələkut Aləminə qovuşdu və Özünün çoxdankı arzusuna nail oldu və Aliməqamlı Cəddi həzrəti İmam Əli (əleyhiməs səlam) kimi mübarək Ramazan Ayında, “Fuztu və Rəbbil Kəbə” səmavi nidasını verərək Zati Əqdəsi İlahiyyə qovuşdu və bu mübarək ayda şəhadət meyini nuş etdi.

Bu gün nəsihətli İran Xalqı, İslam Üməti və dünyaın Azadə insanları cinayətkar Amerika və qanunsuz sionist rejiminin şərr dolu hücumuna görə sinələrinə dağ çıkilib. Lakin qəddar və qaniçən düşmənlər və cəhənnəm əhli olan beynəlxalq zalımlar bilməlidirlər ki, dünyanın qəlbi ayıq olan insanları öz yollarını və vəzifələrini dəqiq bilirlər. Bu şəhadətlər izim millətimiz və İslam Ümməti üçün nə qədər ağır olsa da bir o qədər onları qətiyyətli və müqavimətli qərar verir. Şübhəsiz O Şəni Böyük olan Şəxsiyyətin Şəhadəti beynəlxalq zalımlara qarşı əzəmətli mübarəzinin başlanğıc nöqtəsidir.

Vəs-səlamu əleyhi yovmə vulidə və yovmə yəmutu və yovmə yubəsu həyya

Milli Təhlükəsizlik Şurası

Sizin rəyiniz

You are replying to: .
captcha