Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın Milli Təhlükəsizlik Müşaviri, təxminən 22.000 nəfəri əhatə edən 5600-dən çox ailənin uğurla köçürülməsindən sonra Suriyanın Hasəkə əyalətindəki əl-Hovl düşərgəsinin tamamilə söküldüyünü açıqladı.
İraq Xəbər Agentliyi (INA) Milli Təhlükəsizlik Şurasının strateji işlər üzrə müşaviri Səid əl-Cəyaşinin verdiyi xəbəri yaydı: "Ümumilikdə təxminən 22.000 nəfəri əhatə edən 5600-dən çox ailədən ibarət 32 qrupun Milli Təhlükəsizlik Müşavirinin nəzarəti altında hüquqi, təhlükəsizlik və humanitar prosedurlar çərçivəsində digər qruplarla birlikdə İraqa uğurla köçürüldü.”
Sizin rəyiniz