26 yanvar 2026 - 20:52
Source: IRNA
SEPAH-ın ETTELAAT Təşkilatı: ABŞ-sionist layihəsi təhlükəsizlik qüvvələrinin ayıq-sayıqlığı və xalqın dəstəyi ilə məhv edildi

SEPAH-ın Kəşfiyyat Təşkilatı: “Düşmənin komandanlıq qərargahı 10 düşmən kəşfiyyat xidmətinin iştirakı ilə, 12 günlük müharibədən dərhal sonra formalaşmışdı. Bu layihənin məqsədi İranın mövcudluğuna qarşı təhlükə yaratmaq üçün daxili iğtişaşlar, terror qruplaşmalarının təhrik edilməsi və xarici müdaxiləni təşkil etmək idi.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH-ın) ETTELAAT -Kəşfiyyat Təşkilatı özünün 3 nömrəli bəyanatında vurğulayıb: “Dey (yanvar) ayındakı terror hadisələri İranın həm kimlik, həm də coğrafi bütövlüyünə zərbə vurmaq üçün hazırlanmış böyük Amerika-sionist layihəsinin bir hissəsi idi. Bu plan təhlükəsizlik qüvvələrinin ayıq-sayıqlığı və xalqın həmkarlığı ilə iflasa uğradı.”

Məlumata görə, verilən bəyanatda həmçinin 10 düşmən kəşfiyyat xidmətinin İran İslam Respublikasına qarşı hazırladıqları fitnənin məğlub edildiyi bildirilib.

Bəyanatda qeyd olunur: “Düşmənin komandanlıq qərargahı 10 düşmən kəşfiyyat xidmətinin iştirakı ilə, 12 günlük müharibədən dərhal sonra formalaşmışdı. Bu layihənin məqsədi İranın mövcudluğuna qarşı təhlükə yaratmaq üçün daxili iğtişaşlar, terror qruplaşmalarının təhrik edilməsi və xarici müdaxiləni təşkil etmək idi.”

SEPAH-ın Kəşfiyyat Təşkilatı həmçinin bu fitnə ilə mübarizə çərçivəsində, Təhlükəsizlik əleyhinə şəbəkələrlə əlaqəli olan 735 nəfərin saxlanılması və 11 min nəfərin söhbətə dəvət edilərək maarifləndirilməsi, 743 ədəd qanunsuz silahın ələ keçirilməsi və xarici kəşfiyyat orqanları ilə əlaqəli 46 agentin müəyyən edilməsi, prosesini həyata keçirdiyini bildirib.

Sizin rəyiniz

You are replying to: .
captcha