Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: O, mehriban bir ata və tibb qardaşı idi. Onun gülümsər üzü övladları, ailəsi üçün nəqədər həyat bəxş edici idisə, xəstəxanada həyata ölüm təhlükəsi ilə üz-üzə olan xəstələr üçün də həyat bəxş edici idi. O gün o, ABŞ İmmiqrasiya İdarəsinin və Daxili Təhlükəsizlik Nazirliyinin agentlərinin Minneapolisdə keçirilən sülhməramlı aksiyasındakı bir qadına qarşı zorakılığını mobil telefonu ilə qeydə alırdı. Lakin güc strüktürları məmurlarının artan vəhşiliyini görən Aleks Preyti qadını polisin vəhşiliyindən uzaqlaşdırmağa çalışıdıqda hər yandan hücum çəkən polis ünsürləri həm Aleks və həm də o qadına qarşı daha da vəhşilik nümayiş etdirirlər. Bununla razı olmayan polis agentləri tapancanı çıxararaq Aleksə 9 güllə ilə atəş açaraq onu hadisə yerindəcə qətlə yetirirlər. Aleks Preyti ömrünün 38-ci Baharını görmədən 37 yaşında, zülmə qarşı mübarizədə dünysını dəyişir.
Video | O Hansı Günahına Görə Öldürüldü? Amerikalı tibb qardaşının doqquz güllə ilə öldürüldüyü anın yeni və aydın videosu!
Minneapolisdə federal agentlər tərəfindən Amerikalı tibb qardaşının doqquz güllə ilə öldürüldüyü anın yeni və aydın videosu yayımlanıb.
Sizin rəyiniz