26 yanvar 2026 - 19:32
Source: IRNA
İİR Ordu Quru Qoşunlarının komandanı: Müqəddəs vətənimizi müdafiə etməyə hazırıq

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı düşmənin bütün planları qarşısında Müqəddəs İslam Məmləkətini hər an qorumağa hazır olduğunu bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı General-mayor Əli Cahanşahi, bu qüvvənin düşmən fitnələrinə qarşı hazırlığı barədə məlumat verib.

General-mayor vurğulayıb ki, Quru Qoşunları istənilən nöqtədə bütün gücü ilə İslamı və ölkəmizin müqəddəs torpağını müdafiə etməyə hazırdır.

O, qazilərin hamımız, xüsusən də gələcək nəsillər üçün örnək olduğunu bildirərək deyib: Bu əziz insanlar səkkiz illik məcburi müharibə dövründə düşmən qarşısında bütün güclərini nümayiş etdirərək dini və vətəni müdafiə etdilər.

Sizin rəyiniz

You are replying to: .
captcha