25 yanvar 2026 - 19:02
Source: IRNA
İİR Məhkəmə Qurumu Rəhbərinin müavini Yaponiya səfirinə: İnsan Hüquqları Şurasının İran İslam Respublikasına qarşı qətnaməsi siyasidir ‌

İnsan Hüquqları Qərargahının katibi Serac: Hüquq-mühafizə orqanları əvvəlcə etiraz meydanına odlu silah olmadan daxil olmuşdular, lakin yanvarın 8-də müşahidə etdik ki, xarici dəstəklər nəticəsində etirazlar iğtişaş və hərc-mərcliyə çevrildi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Məhkəmə Qurumunun Beynəlxalq Məsələlər üzrə müavini və İnsan Hüquqları Qərargahının katibi Serac, son hadisələrdə həyatını itirənlərin rəsmi statistikasına toxunaraq bildirib: Bu hadisələrdə 3117 nəfərin həlak olmasına, dəymiş ziyan və dağıntılara baxmayaraq, cümə günü (23 yanvar) İnsan Hüquqları Şurasında müttəhimlə şikayətçinin yeri dəyişik salındı və İslam Respublikasına qarşı siyasi qətnamə qəbul edildi.

O əlavə edib: Hüquq-mühafizə orqanları əvvəlcə etiraz meydanına odlu silah olmadan daxil olmuşdular, lakin yanvarın 8-də müşahidə etdik ki, xarici dəstəklər nəticəsində etirazlar iğtişaş və hərc-mərcliyə çevrildi.

Serac qeyd edib: Rəsmi statistikaya əsasən, həyatını itirənlərin ümumi sayı 3117 nəfər (2427 nəfər mülki vətəndaş və asayiş keşikçisi, 690 nəfər iğtişaşçı) olaraq qiymətləndirilir. Həmçinin Tehran bələdiyyəsinə 3 trilyon, Qızıl Aypara Cəmiyyətinə isə 400 milyard (tümən) ziyan dəyib.

Sizin rəyiniz

You are replying to: .
captcha