Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: "Petropars" Qrupunun baş direktoru Həmidrza Səqəfi bildirib ki, Cənubi Azadeqan layihəsində həyata keçirilən bir sıra texniki və əməliyyat tədbirləri sayəsində, son 17 ay ərzində bu yataqda neft hasilatı gündəlik 63 min bareldən çox artıb.
Bu hasilat artımı, iş paketlərinin icrasındakı iki illik fasilədən sonra quyuların qazılması, tamamlanması və bərpası, turşu ilə emalı (asidləmə) və quyudaxili nasosların yenidən işə salınması nəticəsində əldə edilib.
Sizin rəyiniz