Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Dövlətinin sözçüsü ötən gün keçirdiyi mətbuat konfransında çoxlu mədəni etirazlarla üzbəüz olduğumuzu bildirərək dedi: 14-cü dövlət öz qüsurlarını qəbul edir; dövlət ilk gündən bütün səylərini etdi ki, heç vaxt belə səhnələrlə üzləşməsin. Lakin xalqın dinc etirazları terrorçu hücumlara məruz qaldı.
Ötən gün, 13 yanvarda Fatimə Mühacirani mətbuat konfransında dedi: Dövlət bütün müdafiəçiləri və etirazçıları öz övladı bilir.
Dövlət sözçüsü qeyd edib: Xalqımızın mədəni etirazları müsadirə olundu. Müzakirələrin ortasında ölkəmizin bombardman edildiyi kimi, bu gün də bizim dinc etirazlarımız terrorçu hücumlara məruz qaldı.
Mühacirani 14-cü dövlətin müzakirə masasına qayıtması barədə suala cavab olaraq dedi: İran həmişə öz şərtləri çərçivəsində və Xarici İşlər nazirinin dediyi kimi diqtə olmayan insaflı müzakirəyə həmişə hazırdır və bunu daha öncə də edib. Həm müzakirə həm də müharibə onların daim səsləndirdikləri məsələdir ki, biz hər ikisinə hazırıq
Sizin rəyiniz