22 dekabr 2025 - 16:35
“Xorasan İŞİD”-inin sözçüsü Sultan Əziz Əzzam həbs olundu

Pakistan “Xorasan İŞİD”-inin sözçüsü Sultan Əziz Əzzamı həbs etdiyini açıqladı.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Pakistan təhlükəsizlik xidmətləri İŞİD ilə əlaqəli "Vilayəte Xorasan" terror qruplaşmasının sözçüsü Sultan Əziz Əzzamı həbs etdiklərini açıqladı.

Bəzi Əfqanıstan mənbələri onun Pakistan Kəşfiyyat Xidməti (İKX) ilə yeni əməkdaşlıq planları barədə danışıqlar apardığını, lakin danışıqların uğursuzluqla nəticələndikdən sonra təşkilat tərəfindən həbs olunduğunu iddia edirlər.

Məlumatlar göstərir ki, Əzzam və qrupun hazırkı lideri Şahab ​​əl-Mühacir arasındakı fikir ayrılıqları onu və bir sıra digər üzvləri Pakistan kəşfiyyatından dəstək almağa vadar edib.

Bu həbs Pakistanın Əfqanıstanı dəfələrlə Kabuldakı terrorçu qrupların fəaliyyətinə icazə verməkdə və onlara təhlükəsiz sığınacaq verməkdə ittiham etdiyi bir vaxta təsadüf edir.

Əfqanıstanın Ali Liderinin sözçüsü Zəbihullah Mücahid əvvəllər "Vilayəte Xorasan" liderlərinin Pakistanda olduğunu və Pakistan torpağından Əfqanıstana hücumlar həyata keçirmək niyyətində olduğunu açıqlamışdı.

O, həmçinin İslamabaddan bu şəxsləri Əfqanıstana təhvil verməsini tələb edərək, xüsusilə "Şəhab əl-Mühacir", "Sultan Əziz Əzzam", "Əbdül-Haq Tohid" və onların koordinatoru "Səlahuddin Rəcəb"in Pakistanda olmasını qeyd edib.

Sizin rəyiniz

You are replying to: .
captcha