21 dekabr 2025 - 20:37
Source: IRNA
Sionist rejimin İranın raket sistemlərinin yenilənməsindən narahatlığı

Sionist rejimin İranın raket sistemlərinin yenilənməsindən narahatlığı

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist rejimin KİV-ləri bu rejimin İranın raket sistemlərinin yenilənməsindən narahat olduğunu bildiriblər.

Sionist rejimin ordu radiosu təhlükəsizlik mənbələrinə istinadən xəbər verib ki, bu rejim İranın raket sistemlərini yeniləməsindən narahatdır, lakin bu məsələ onlar üçün gözlənilməz olmayıb.

Mənbələr bildiriblər ki, İranın raket sistemlərini yeniləmək üçün motivasiyaları daha da artıb və gələcəkdə qarşıdurma asan olmayacaq.

Bu arada, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Seyid Əbdülrəhim Musəvi bu yaxınlarda ölkənin hava hücumundan müdafiə potensialının daha da artırılmasının vacibliyini vurğulayaraq qeyd edib: “İran İslam Respublikasının hava hücumundan müdafiə qabiliyyətinin gündəlik, davamlı və daimi şəkildə gücləndirilməsi ölkənin prioritetlərindəndir.”

Sizin rəyiniz

You are replying to: .
captcha