Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Türkiyənin müdafiə naziri Yaşar Gülər deyib: "İsrail ilə İran arasındakı münaqişə PJAK-ın istədiyi kimi getmədi və İran dəqiq əməliyyatlarla bu qrupa ağır itkilər verdi."
Türkiyənin müdafiə naziri Yaşar Gülər Ankarada jurnalistlərlə keçirdiyi illik görüşdə PJAK terror qruplaşmasının qondarma İsrail adlı rejim ilə İran İslam Respublikası arasında 12 günlük müharibə zamanı özünü "İran rejiminin süqutuna" hazırladığını bildirərək deyib: "(Admin: Qanunsuz) İsrail (rejimi) ilə İran arasındakı münaqişə PJAK-ın istədiyi kimi getmədi və İran dəqiq əməliyyatlarla bu qrupa ağır itkilər verdi."
Gülər həmçinin PKK terror qrupunun silahlarını və üzvlərini Şimali İraqdan İrana köçürmək səylərinə toxunaraq bildirib: "PKK terror qrupunun tərksilah prosesi başladıqdan sonra bu qrupun çox sayda üzvü Şimali İraqdan İrana silah və sursat köçürməyə çalışdı. Biz bu hərəkətlər barədə İranı gündəlik olaraq məlumatlandırırdıq və İran tərəfi də fürsət düşəndə əməliyyatlar həyata keçirirdi."
Sizin rəyiniz