Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirənin məlumatına görə, ABŞ prezidenti Donald Tramp dünən Ağ Evin yaxınlığında baş verən atışmaya reaksiya olaraq etdiyi çıxışında bildirib ki, çərşənbə günü Vaşinqtonda Ağ Evin yaxınlığında iki Milli Qvardiya üzvünün ölümünə səbəb olan hücumu törədən şəxs 2021-ci ildə Əfqanıstandan gəlib və keçmiş prezident Co Bayden administrasiyası tərəfindən bu şəxsin keçmişi dəqiq yoxlanmadan ABŞ-a daxil olan milyonlarla mühacirlərdən biridir.
Floridada tətildə olan Tramp hadisəni "terror aktı" kimi təsvir edib və hücumda şübhəlinin Əfqanıstandan ABŞ-a daxil olan və 2021-ci ilin sentyabrında Co Bayden administrasiyası tərəfindən buraya gətirilən əcnəbi olduğunu bildirib.
Tramp immiqrasiyanı tənqid edərək, onu "milli təhlükəsizliyə ən böyük təhdid" adlandırıb və əvvəlki administrasiyanı dünyanın hər yerindən 20 milyon sənədsiz immiqrantın lazımi prosedur olmadan ABŞ-a daxil olmasına icazə verməkdə ittiham edib.
O, mövcud administrasiyanın Əfqanıstandan ABŞ-a gələn bütün şəxsləri yenidən yoxlamalı olduğunu vurğulayıb və əlavə edib ki, bu vəhşi hücumu həyata keçirən günahkar, ona dəyən güllə əgər onu öldürməsə, dərhal məsuliyyətə cəlb olunacaq.
Tramp deyib: "Ölkəmizdə olmamalı olan insanların qanun və qaydaya qarşı bu cür hücumlarına dözməyəcəyik."
ABŞ prezidenti həmçinin Vaşinqtona daha 500 əsgərin göndərilməsini əmr etdi və bununla da ümumi əsgərlərin sayı 2500-dən çox oldu.
Tramp daha əvvəl sosial media hesabı olan Truth Social-da iki əsgərin ağır yaralandığını və atışmada şübhəlinin də ağır yaralandığını yazmışdı. O, hücumu həyata keçirəni, hərəkətlərinə görə ağır bədəl ödəyəcək bir heyvana bənzətdi.
Sizin rəyiniz