Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: "Vall Street Jurnal" qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Yaponiya Baş Naziri Sanae Takaiçiyə Tayvan məsələsində Çini təhrik etməməyi məsləhət görüb. Bu, Tokio və Pekin arasında Tayvan məsələsi ilə bağlı diplomatik mübahisədən sonra baş verib.
Asiyanın ən böyük iki iqtisadiyyatı olan Çin və Yaponiya arasındakı mübahisə Takaiçinin açıqlamasından sonra başlayıb. O bildirib ki, Tokio Çinin öz ərazisinin bir hissəsi kimi iddia etdiyi adaya edilən istənilən hücuma hərbi müdaxilə edə bilər.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Prezident Si Cinpin bazar ertəsi Trampla telefon danışığında Tayvanın Çinə qayıtmasının müharibədən sonrakı beynəlxalq nizamın ayrılmaz hissəsi olduğunu vurğulayıb.
"Vall Street Jurnal" qəzeti Yaponiya rəsmilərinə və Pekin ilə Vaşenqton arasında aparılan telefon danışıqlarından xəbərdar olan ABŞ rəsmisinə istinadən xəbər verib ki, Baş Nazir Si Cinpin zəngindən sonra Tramp Takaiçiyə zəng edib və ona Tayvan üzərində suverenlik məsələsində Pekini təhrik etməməyi məsləhət görüb.
Sizin rəyiniz