Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Euronyus-un məlumatına görə, ABŞ prezidenti Donald Tramp Norveç Baş naziri Yonas Qar Storte ilə görüşdə deyib: “Rusiya bütün Ukraynanı ələ keçirməməklə Kiyevə nisbətən böyük güzəşt edib.”
O əlavə edib: “Vaşinqton Rusiyaya çox təzyiq göstərib, buna görə də Prezident Vladimir Putin indi razılaşma haqqında danışır.”
ABŞ prezidenti həmçinin "hər iki tərəfin", Rusiya və Ukraynanın sülh istədiyinə inandığını vurğulayıb.
Razılığa gəlmək üçün verdiyi son tarixə toxunan Tramp xəbərdarlıq edib ki, əgər bu vaxta qədər razılaşma əldə olunmazsa, Vaşinqtonun yanaşması əhəmiyyətli dərəcədə dəyişə bilər.
Tramp administrasiyası Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün 28 maddəlik plan təqdim edib. Plana əsasən, Kiyev təhlükəsizlik zəmanətləri müqabilində ərazisinin bir hissəsini Moskvaya güzəştə gedəcək və hərbi imkanlarına məhdudiyyətləri qəbul edəcək.
Avropa Birliyi və digər Ukrayna müttəfiqləri ABŞ planına mənfi reaksiya verərək, bunu Rusiyanın tələblərinin yerinə yetirilməsi adlandırıblar. Ağ Ev bildirib ki, Trampın planı münaqişənin hər iki tərəfinin tələblərini əks etdirir və hər iki tərəfin maraqlarını təmin edir.
Sizin rəyiniz