22 noyabr 2025 - 18:48
Source: IRNA
Pakistan Nazirlər Kabineti: Tehran-İslamabad-İstanbul qatarı tezliklə istifadəyə veriləcək

Pakistan Nazirlər Kabineti: Tehran-İslamabad-İstanbul qatarı tezliklə istifadəyə veriləcək

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Pakistan Nazirlər Kabineti ölkənin dəmir yolu layihələrini nəzərdən keçirmək üçün keçirilən xüsusi iclasda İƏT-in "İslamabad-Tehran-İstanbul" (İTİ) konteyner qatarının hərəkətinin tezliklə bərpa olunacağını elan etdi.

Daha əvvəl, bu ilin sentyabr ayının ortalarında İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi ilə keçirilən görüşdə İran, Türkiyə və Pakistan nümayəndələri 6540 km-lik İƏT dəhlizində ayda ən azı bir yük qatarının göndərilməsi barədə razılığa gəlmişdilər və regional ticarətin sürətində və rəqabət qabiliyyətində əhəmiyyətli bir dəyişiklik yaradacaq tarif, gömrük və logistika maneələrinin aradan qaldırılmasını vurğulamışdılar.

Sizin rəyiniz

You are replying to: .
captcha