22 noyabr 2025 - 18:40
Source: IRNA
Sionist media: İran İsrailin hərbi bazalarına nüfuz edib

21 yaşlı əsgər Rafael Ruoninin İran üçün casusluqda ittiham olunaraq həbs edilməsi İranın İsrail strukturuna kəşfiyyat nüfuzuna dair mövzunu yenidən bu rejimin media və ekspertlərinin gündəminə gətirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Son aylarda İrana casusluq ittihamı ilə çox sayda sionistin saxlanılması İsrail mediasını İranın yüksək səviyyəli kəşfiyyat nüfuzunu etiraf etməyə məcbur edib.

21 yaşlı əsgər Rafael Ruoninin İran üçün casusluqda ittiham olunaraq həbs edilməsi İranın İsrail strukturuna kəşfiyyat nüfuzuna dair mövzunu yenidən bu rejimin media və ekspertlərinin gündəminə gətirib.

Cümə axşamı The Times of Israel qəzeti məlumat yayıb ki, saxlanılan sionist gənc İranın bir kəşfiyyat əməkdaşı ilə əlaqədə olub və ona öz evinin yaxınlığından, bir avtobus dayanacağından və işğal olunmuş Fələstinin cənubunda yerləşən bir ticarət mərkəzindən videolar göndərib.

İsrail mənbələri həmçinin iddia ediblər ki, həmin İsrail hərbçisi öz hərbi şəxsiyyət vəsiqəsinin fotosunu iranlı şəxsə göndərib və xidmət etdiyi baza barədə məlumatlar təqdim edib.

Sözügedən hərbçinin İsrailin ən həssas hərbi obyektlərindən biri olan Hatzarim bazasında xidmət etməsi sionist cəmiyyətdə İranın genişmiqyaslı nüfuzu ilə bağlı narahatlığı daha da artırıb.

İsrailin 15-ci kanalı etiraf edib: İranın məlumatları ordunun ən həssas bazalarına, o cümlədən İsrail Hərbi Hava Qüvvələrinin strateji bazasına qədər nüfuz edib.

Bu İsrail mediasının məlumatına əsasən, son bir neçə ay ərzində təxminən 50 casusluq ittihamı üzrə ittiham aktı tərtib edilib ki, onlardan 5-i İsrail hərbçisi olub.

Sizin rəyiniz

You are replying to: .
captcha