Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Nadir hallarda açıqlama verən ABŞ Katolik Yepiskopları Konfransı Tramp administrasiyasının sərt immiqrasiya siyasətini qınayıb və immiqrasiya qanunlarında mənalı islahatlara çağırıb.
Katolik Yepiskopları Konfransının 12 ildən sonra verdiyi ilk "Xüsusi Mesaj" adlı rəsmi bəyanat belədir: "Biz, dini yerlərin ehtiramına, xəstəxana və məktəblərin məxsus mahiyyətinə qarşı olunan təhdidlərdən narahatıq...
Yepiskoplar əlavə ediblər ki, Allah tərəfindən onlara verilən məsuliyyətə əsasən insan şəxsiyyətinin ləyaqətini müdafiə etmək üçün səslərini çıxarmaq vəzifələri vardır.
Yepiskoplar immiqrantların hədəfə alınması və ayrı-seçkiliyinin yaratdığı qorxu və narahatlıq mühitindən narahat olduqlarını bildirmiş və onlara qarşı zorakı rəftarı pisləyərək, "kütləvi və özbaşına deportasiyalara" son qoyulmasını tələb ediblər...”
Qeyd edək ki, Baltimorda keçirilən yepiskopların ümumi yığıncağında 216 nəfər mesajın mətni ilə razılaşıb, beş nəfər əleyhinə çıxıb, üç nəfər isə bitərəf qalıb.
Sizin rəyiniz