13 noyabr 2025 - 14:23
Latakiya ətrafında vəhhabi terrorçu Qolani qüvvələri ilə Bəşşar Əsəd tərəfdarları arasında toqquşmalar

Yerli media Suriyanın şimal-qərbində vəhhabi terrorçu Qolani qüvvələri ilə Bəşşar Əsəd tərəfdarları arasında toqquşmaların davam etdiyini bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qatarın Əl-Cəzirə xəbər agentliyinin Əl-İxbariyaya istinadən verdiyi məlumata görə, Suriyada özünü prezident elan edən vəhhabi terrorçu Qolaninin daxili təhlükəsizlik qüvvələri ilə ölkənin keçmiş prezidenti Bəşşar Əsədin bir qrup tərəfdarı arasında Latakiya ətrafındakı Cəblə şəhəri yaxınlığında toqquşmaların baş verdiyini bildirib.

Bu toqquşmalarda Qolani daxili təhlükəsizlik qüvvələrinin üç üzvünün yaralandığı açıqlanıb.

Əl-İxbariya həmçinin Tartus yaxınlığında Şeyx Bədr ərazisində Bəşşar Əsədin 13 tərəfdarının həbs olunduğunu iddia edib.

Sizin rəyiniz

You are replying to: .
captcha