Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İbrani dilində yayımlanan Kan şəbəkəsinin müxbiri Təl-Əvivin hesablamalarının Hizbullahın gücünün son həftələrdə sürətlə artdığını göstərdiyini etiraf edib.
Sionist müxbir, yüksək vəzifəli sionist rəsmilərinin Hizbullahın, xüsusən də nəzarəti altında olan ərazilərdə hərbi infrastrukturunu bərpa etməkdə uğur qazandığına inandığını izah edib.
Sionist mediasının Livanda Hizbullahın gücünün artması ilə bağlı açıqlaması, sionist rejimin Livana qarşı mümkün yeni hücumuna bir başlanğıc ola bilsə də, Livan Hizbullah rəsmiləri dəfələrlə Hizbullahın Peycir əməliyyatı və komandirlərinin şəhid olması nəticəsində dəyən ziyanı aradan qaldırdığını və Sionist rejiminə qarşı çəkindirici tarazlığını bərpa etdiyini bildiriblər.
Sizin rəyiniz