27 yanvar 2026 - 16:55
Source: IRNA
Hizbullahın Baş katibi: İmam Xamenei bizim Vəliyyi-fəqihimizdir / İrana qarşı təcavüz qarşısında bitərəf qalmayacağıq

Hizbullahın Baş katibi: İmam Xamenei bizim Vəliyyi-fəqihimizdir / İrana qarşı təcavüz qarşısında bitərəf qalmayacağıq

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Hizbullah Hərəkatının Baş katibi Şeyx Nəim Qasim çıxışında vurğulayıb: İran İslam İnqilabının Rəhbəri İmam Xamenei bizim Vəliyyi-fəqihimizdir və İrana qarşı hər hansı təcavüz qarşısında bitərəf qalmayacağıq.

O deyib: Biz burada İran İslam Respublikası və onun ilhamverici rəhbəri İmam Seyid Əli Xamenei ilə həmrəyliyimizi və yardımımızı elan etmək üçün toplaşmışıq. Mübarək Şaban ayının daxil olması — Allah Rəsulunun ayı, imamların mövlud ayı və mübarək Ramazan ayına zəmin yaradan ay münasibətilə bütün müsəlmanları təbrik edirəm. İmam Xamenei bizim üçün İmam Mehdinin (ə.f) qeyb dövründə məsuliyyəti üzərinə götürən rəhbər və bu məsum imamın naibidir; biz Vəliyyi-fəqihin rəhbərliyinə iman gətirmişik.

Sizin rəyiniz

You are replying to: .
captcha