11 oktyabr 2025 - 18:54
Yəmənin Ənsarullah hərəkatının lideri: İsrail ABŞ-nin dəstəyi ilə Qəzzada əsrin cinayətini törədib

Ənsarullah lideri çıxışında Qəzza müharibəsinin faciəvi miqyasına toxunaraq bildirib ki, sionist rejim və ABŞ hökuməti vəhşi hücumları nəticəsində Qəzza əhalisinin 11 faizinin şəhid və ya yaralanmasına səbəb olublar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın məlumatına görə, Yəmənin Ənsarullah hərəkatının lideri vurğulayıb ki, sionist İsrail rejimi ABŞ silahlarından istifadə edərək Qəzzada əsrin cinayətini törədib.

Seyid Əbdülməlik Bədrəddin əl-Husi, "Əqsa Tufanı" əməliyyatının ikinci ildönümü və Qəzzada günahsız insanlara qarşı sionist rejimin hücumları münasibətilə etdiyi çıxışında bu hücumları “əsrin cinayəti” adlandırıb və Fələstin xalqına tam dəstəyini bəyan edib.

Ənsarullah lideri çıxışında Qəzza müharibəsinin faciəvi miqyasına toxunaraq bildirib ki, sionist rejim və ABŞ hökuməti vəhşi hücumları nəticəsində Qəzza əhalisinin 11 faizinin şəhid və ya yaralanmasına səbəb olublar. Bu səviyyədə cinayət müasir dövrdə görünməmiş bir statistikadır.

Sizin rəyiniz

You are replying to: .
captcha