Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Mənar Xəbər Agentliyinin məlumatına görə, cümə günü gecə Livanda sionist rejimə bağlı olan və ölkə daxilində terror əməliyyatları həyata keçirməyi planlaşdıran bir casus şəbəkəsi aşkar edilərək məhv edilib.
Həbs edilən şəxslər Seyid Həsən Nəsrullahın şəhadətinin ildönümündə 6 bomba partlatmağı planlaşdırdıqlarını etiraf ediblər.
Məlumata görə, Aramun və Antelias bölgələrində eyni vaxtda əməliyyatlar aparan Livan təhlükəsizlik qüvvələri bu şəbəkənin bir neçə üzvünü həbs edərək, onların istifadə etdiyi bir sıra avadanlıq və alətləri müsadirə edib.
Bununla bağlı Livanın İctimai Təhlükəsizlik Baş İdarəsinin İnformasiya İdarəsi yayımladığı bir bəyanatda belə elan edib: “Təhlükəsizlik qüvvələri casusluq şəbəkələri ilə mübarizə çərçivəsində sionist düşmənə işləyən və Livan daxilində terror əməliyyatları həyata keçirməyə və şəxsiyyətlərə sui-qəsd etməyə hazırlaşan bir şəbəkənin aşkarlanması və məhv edilməsinə nail olublar”.
Məhbuslardan biri etiraf edib ki, bu şəbəkə əvvəllər Cəmaə əl-İslamiyyə partiyasının bir neçə məmuruna qarşı bir neçə sui-qəsd əməliyyatının həyata keçirilməsində rol oynayıb.
Sizin rəyiniz