Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Associated Press agentliyinin məlumatına görə, Pakistanın şimal-qərbində silahlı şəxslərin polis təlim mərkəzinə hücumu nəticəsində azı 7 əsgər və 6 terrorçu öldürülüb.
Rəsmilərin bildirdiyinə görə, polislə vəhhabi terrorçuları arasında şiddətli atışma ilə nəticələnən hücum bir neçə saat davam edib. Kamikadze hücumu Pakistanın Dera İsmayıl Xan rayonunda yerləşən Ratta Kolaçidəki polis təlim mərkəzində baş verib.
Dera İsmayıl Xan polis rəisi Səccad Əhməd bildirib ki, ilkin partlayışdan sonra hücumçular kompleksə daxil ola biliblər. Hücum zamanı kompleksdə 200-ə yaxın yeniyetmə və təlimçi olub.
“Təhrik-e-Taliban” vəhhabi terror qruplaşması əvvəlcə hücuma görə məsuliyyəti öz üzərinə götürsə də, daha sonra qeyri-müəyyən səbəblərdən hücumda iştirakını inkar edən bəyanat yayıb.
Sizin rəyiniz