11 oktyabr 2025 - 17:15
Yəmən Təl-Əvivi təhdid etdi; “Sığınacaqlara qayıtmaqmı istəyirsiz?”

Sionist rejimin Livanın cənubuna qarşı intensiv hücumları zamanı Mesila bölgəsində azı bir nəfər şəhid olub, yeddi nəfər yaralanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin Ənsarullah Hərəkatının yüksək rütbəli lideri qaniçən sionist rejimin Livanın cənubuna qarşı hücumları dalğası fonunda bu rejimi hədələdi.

Məan Xəbər Agentliyinin məlumatına görə, Yəmənin Ənsarullah Hərəkatının yüksək səviyyəli lideri Hizam Əsəd sosial şəbəkədə ibrani dilində bir yazı dərc edərək vurğulayıb: Sionist təcavüzkarlar bu səhər Livanın cənubuna hücum etdilər; deyəsən yenə sığınacaqlara qaçmaq istəyirlər.

Sionist rejimin Livanın cənubuna qarşı intensiv hücumları zamanı Mesila bölgəsində azı bir nəfər şəhid olub, yeddi nəfər yaralanıb. Hücum dalğası o qədər güclü olub ki, Livan prezidenti Cozef Aun da buna reaksiya verib.

Sizin rəyiniz

You are replying to: .
captcha