9 oktyabr 2025 - 06:45
Yəmənin pilotsuz təyyarələri yenidən işğal olunmuş ərazilərə hücum edib

Yəmən xəbər mənbələri ölkənin silahlı qüvvələrinin işğal olunmuş ərazilərə pilotsuz təyyarələrlə hücum etdiyini bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Məsirə Xəbər Agentliyinin məlumatına görə, İsrail mediası çərşənbə günü gecə elan edib ki, pilotsuz təyyarə işğal altındakı Fələstinin cənub bölgələrinin hava məkanına daxil olduqdan sonra rejimin hava sistemlərindən bir neçə müdafiə raketi atılıb.

Bu arada bu KİV-lər müdafiə raketləri atılana qədər cənub bölgələrində xəbərdarlıq sirenlərinin səslənmədiyini bildiriblər.

İsrail mediası həmçinin, vurulan pilotsuz təyyarə ilə yanaşı, daha iki pilotsuz təyyarənin də Yəməndən işğal olunmuş ərazilərə doğru uçduğunu açıqlayıb.

İsrail ordusu Yəməndən ikinci pilotsuz təyyarə hücumunu təsdiqləyərək, rejimin hava qüvvələrinin pilotsuz uçan aparatı ələ keçirdiyini iddia edib.

Sizin rəyiniz

You are replying to: .
captcha