9 oktyabr 2025 - 06:12
Qəzzə şəhərinin Səbra məhəlləsinin sionist rejim tərəfindən geniş şəkildə dağıdılması \ Video

Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) direktoru Əl-Cəzirə telekanalına müsahibəsində çərşənbə günü atəşkəs razılaşması əldə edildikdən sonra Qəzza zolağının yenidən qurulmasına dərhal başlanılmasına çağırıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Əl-Qüds” xəbər agentliyinin məlumatına görə, xəbər mənbələri sionist rejimin artilleriyasının Qəzza şəhərinin cənub-şərq bölgələrini atəşə tutduğunu elan edib.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) direktoru Əl-Cəzirə telekanalına müsahibəsində çərşənbə günü atəşkəs razılaşması əldə edildikdən sonra Qəzza zolağının yenidən qurulmasına dərhal başlanılmasına çağırıb.

O, Qəzza zolağının tamamilə yenidən qurulması üçün təxminən 52 milyard dollara ehtiyac olduğunu vurğulayıb.

Dağıntıların geniş miqyasına toxunan BMT rəsmisi deyib: Qəzza zolağında infrastrukturun 80 faizi tamamilə məhv edilib. Dağıntıların çıxarılması əməliyyatı Qəzza zolağının yenidən qurulması prosesində ilk addım olacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha