Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirə telekanalının məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü Suriyada yerləşən terrorçuları tərifləyib.
Türkiyənin xarici işlər naziri vəhhabi Qolani terrorçu rejiminə dəstək olaraq deyib: “Türkiyə ilə Suriya arasındakı əlaqələr və bunun bölgəyə təsiri iki ölkə arasında sıx koordinasiya tələb edir. Terrorla “mübarizə” istisnasız olaraq hərtərəfli siyasət yolu ilə həyata keçirilməlidir. Beynəlxalq ictimaiyyət Suriya və onun xalqı qarşısında üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.”
Hakan Fidan daha sonra əlavə etdi: “Beynəlxalq ictimaiyyət İsrailin Suriyaya hücumlarına qarşı ciddi və aydın mövqe tutmalıdır. Suriyanın regional və beynəlxalq iştirakı günü-gündən artır! Suriya və onun nümayəndələrinə qarşı tətbiq edilən bütün sanksiyalar dərhal ləğv edilməlidir! İsrailin hücumları Suriyanın üzləşdiyi ən böyük problemlərdən biridir.”
“Təhriru Şam” vəhhabi terror qruplaşmasını tam dəstəkçisi olan H.Fidan əlavə etdi: “Türkiyə Suriyaya İŞİD-ə qarşı mübarizədə imkanlarını artırmağa kömək etməyə davam edəcək. Suriya Demokratik Qüvvələrini (SDQ) oyundan çıxarmağın vaxtıdır. Suriya Demokratik Qüvvələri Suriyanın birliyinə xidmət etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.”
Xatırladaq ki, Ankaranın Suriyaya hakim kəsilmiş terrorçuları müdafiə etməsi bütün beynəlxalq standartlara zidddir və Suriya ərazisinin bir hissəsini işğal etməsi, eləcə də Bəşşər Əsəd dövründə terrorçuları tam dəstəklədiyi bir vaxta təsadüf edir.
Sizin rəyiniz