8 oktyabr 2025 - 17:28
Source: IRNA
Səraya əl-Qüds: İran İslam Respublikasına təşəkkür edirik / Müqavimət işğalçılıq sona çatana qədər davam edəcək

Səraya əl-Qüds: İran İslam Respublikasına təşəkkür edirik

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Səraya əl-Qüds, Fələstinin İslami Cihad Hərəkatının hərbi qanadı, «əl-Əqsa Tufanı» əməliyyatının ikinci ildönümü münasibətilə yaydığı bəyanatda müqavimətə verdiyi dəstəyə görə İran İslam Respublikasına təşəkkür edib.

İslami Cihadın hərbi qanadı vurğulayıb: “Düşmən, torpağına və vətəninə sadiq olan xalqımızın möhkəm və köklü iradəsini sındırmaq üçün heç bir yol tapmayıb. İkiillik müharibə ərzində müqavimət bu müharibəni dayandırmaq və xalqımızın əzabını azaltmaq üçün çalışmış və yalnız şərti — müharibənin dayandırılmasının və xalqımızın blokadasının aradan qaldırılmasının təmin edilməsi — ilə razılığa gəlmək üçün maksimum çevikliyi göstərmişdir, amma Netanyahu kabineti öz ifratçı koalisiyasının məqsədlərinə çatmaq üçün müharibəni davam etdirmişdir.”

Bəyanatda daha sonra deyilir: “Müharibə və mühasirədən iki il ötəndən sonra «əl-Əqsa Tufanı» əməliyyatının başlanmasından bu yana biz hələ də düşmən ordusunun bölmələrinə, briqadalara və taborlara qarşı mübarizəni davam etdiririk; onlar Qəzzanın evlərini, küçələrini və binalarını məhv edirlər. Biz onların təcavüzkar qüvvələrinə qarşı müqavimət göstəririk və onlara ağır itkilər yaşadırıq.”

Sizin rəyiniz

You are replying to: .
captcha