4 oktyabr 2025 - 17:15
Maduro: Lazım gələrsə, silahlı mübarizəyə keçəcəyik

Karakasda keçirilən "Müstəmləkəçilik, neokolonializm və Qərb imperializminin torpaq qəsbi" adlı beynəlxalq konfransın bağlanış mərasimində Venesuela prezidenti Nikolas Maduro od püskürdü.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın məlumatına görə, ABŞ-ın təhdidləri və təxribatçı hərəkətlərinə cavab olaraq Venesuela prezidenti vurğulayıb: Əgər silahsız mübarizə üsullarından silahlı üsullara keçmək lazımdırsa, Venesuela bunu edəcək.

Bu ölkənin paytaxtı Karakasda keçirilən "Müstəmləkəçilik, neokolonializm və Qərb imperializminin torpaq qəsbi" adlı beynəlxalq konfransın bağlanış mərasimində Venesuela prezidenti Nikolas Maduro ölkəsinin heç vaxt heç bir imperiya qarşısında boyun əyməyəcəyini və təcavüzə qarşı öz suverenliyini qorumaq üçün mübarizə aparacağını vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha