Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Cümə günü Suriyanın faktiki bayrağı ABŞ-ın paytaxtı Vaşinqtondakı səfirlik binasında yenidən qaldırılıb.
On bir ildir bağlı qalan diplomatik korpusun açılış mərasimi vəhhabi Colani terrorçu rejiminin Xarici İşlər Naziri Əsəd əl-Şeybaninin Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində keçirilib.
Bu səfər son 25 ildə Suriya xarici işlər nazirinin ABŞ-a etdiyi ilk rəsmi ziyarət kimi dəyərləndirilir. Danışıqlar zamanı Suriyaya qarşı qüvvədə olan sanksiyaların ləğvi və faşist İsrail rejim ilə təhlükəsizlik razılaşmasına dair müzakirələrin aparılması nəzərdə tutulur.
CBS telekanalının məlumatına görə, yaxın günlərdə BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə vəhhabi terrorçu Qolani arasında mümkün görüşün keçirilməsi üçün hazırlıqlar aparılır.
Diplomatik mənbələr hesab edir ki, Colani hökuməti bu proses vasitəsilə Qərb dövlətləri ilə münasibətləri normallaşdırmağa və bununla da işğalı və terrorçu İsrail rejimdən qaynaqlanan təhdidlərə qarşı öz təhlükəsizliyini gücləndirməyə çalışır.
Sizin rəyiniz