16 sentyabr 2025 - 17:11
Maduro: Venesuela ABŞ-la toqquşmaya hazırdır

Maduro elan edib ki, Venesuelada 2,5 milyon əsgər və könüllü Venesuelanın müdafiəsi üçün səfərbər olunub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rəsmi Karakas zərurət halında Karib regionunda silahlı mübarizəyə başlamağa hazırdır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikola Maduro ABŞ-ın Karib dənizi regionundakı hərbi aktivliyini və ABŞ prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi hərbi təhdidləri şərh edərkən bəyan edib.

“Əgər biz silahlı mübarizəyə başlamaq məcburiyyətində qalsaq, biz buna artıqlaması ilə hazırıq”, – deyə o qeyd edib.

Maduro elan edib ki, Venesuelada 2,5 milyon əsgər və könüllü Venesuelanın müdafiəsi üçün səfərbər olunub.

O, Trampın Venesuealnın narkokartellərlə əlaqəli olmasına dair ittihamına cavab verərkən deyib ki, Trampın narkotrafiklə səsləndirdiyi rəqəmlər yalandır və həqiqəti əks etdirmir.

“Tramp əlində olan məlumatı təsdiqləmədən, isbat etmədən video paylaşır. Bu ciddi və narahatedici bir məsələdir”, – deyə o qeyd edib.

Madurov həmçinin bildirib ki, ABŞ ordusu qeyri-qanuni şəkildə Venesuelaya aid balıqçı gəmisinə hücum edib.

“ABŞ Venesuelanın məhəlli sularında balıqçılara hücum edərək hərbi insident üçün təxribat törətməyə çalışdı”, – deyə o vurğulayıb.

Maduro deyib ki, onun ölkəsinin şanlı tarixi var.

“Venesuela öz gücü hesabına öz müstəqilliyini qazanıb. Biz Venesuela xalqını birləşdirdik, möhkəmlətdik, ona təhsil verdik və onu ölkənin istənilən nöqtəsində, hər küçəsində və hər adasında həqiqətimizi qorumağa hazır etdik”, – deyə o əlavə edib.

Maduro Trampın 3 sentyabrda paylaşdığı videoda “narkotiklərlə dolu gəmiyə edilən hücüm” barədə edilən iddianı xatırladıb və bildirib ki, ABŞ Konqresi məsələ ilə ABŞ rəhbərliyindən məlumat istəsə də, vəziyyətə aydınlıq gətirilməyib.

Sizin rəyiniz

You are replying to: .
captcha