16 sentyabr 2025 - 16:48
Yəmən Ali Siyasi Şurasının katibi: Doha görüşünün nəticəsi Qətərin istədiyi tələblərdən asılıdır

Yasir əl-Huri: Ərəb və İslam ölkələri, sionist rejimin cinayətlərinə qarşı daha sərt mövqe nümayiş etdirməli və regionda ən yüksək vəhşilik və zorakılığı nümayiş etdirən bir rejimə qarşı təsirli bir əngəl yaratmalıdırlar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Ali Siyasi Şurasının katibi, Doha görüşünün nəticəsi Qətərin istədiyi tələblərlə birbaşa əlaqəli olduğunu qeyd edib.

Yasir əl-Huri, düşmən israil qarşısında daha ciddi və qüdrətli olmağı vurğulayaraq bildirib: Ərəb və İslam ölkələrinin keçirilən görüşlərindəki zəif nəticələr, İsrail rejimini daha çox cinayət törətməyə təşviq edir.

Yəmən Ali Siyasi Şurasının katibi, əlavə edərək bildirib: Həqiqət budur ki, Ərəb və İslam ölkələrinin İsrail rejiminin cinayətlərinə reaksiyası indiyə qədər zəif olub. Bu reaksiyalar, bu rejimin Qəzzada daha çox cinayətlər törətməyə başlamasından əvvəl dəyişməli idi. Ərəb və İslam ölkələri, bu cinayətlərə qarşı daha sərt mövqe nümayiş etdirməli və regionda ən yüksək vəhşilik və zorakılığı nümayiş etdirən bir rejimə qarşı təsirli bir əngəl yaratmalıdırlar. Bu rejim, Qəzzada, Qərb Sahilində, Suriyada, Livanda, İranda, Yəməndə və son olaraq Qətərdə vəhşiliklərini ortaya qoyub.

Sizin rəyiniz

You are replying to: .
captcha